![]() |
![]() |
|
|
İqaməni vermək üçün imamı gözləmək lazımdırmı? (Şeyx Useymin) Sual: Bir müəzzin deyir ki, mən hər dəfə sübh namazında vaxtın azlığına görə iqamə vermək istəyəndə, namaz qılanlar mənə imamın gəlməyini gözləyib iqamə verməməyimi deyirlər və deyirlər ki, imamın icazəsi olmadan heç kim iqamə verə bilməz. Cavab: Azana sahib olan müəzzindir. Ancaq iqaməyə sahib olan isə imamdır. O gəlməmiş iqamə vermək olmaz. Ancaq müəzzinin bunu vaxtın azlığına görə etməsinə gəldikdə isə bəli, əgər artıq günəş çıxmağa başlayırsa, onda imamı gözləməyib namazı qılmaq lazımdır. Ancaq namazın vaxtı çərçivəsində imamı gözləmək lazımdır. Ancaq imam insanlar üçün müəyyən vaxt qoymalıdır. Məsələn deməlidir ki : «əgər mən bu qədər vaxt geciksəm, onda siz özünüz qılın» insanlara asan olsun. Bununla da insanlar vaxt darlığında qalmasınlar. Şeyx Useymin |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |