Peyğəmbər (s.ə.s) azanla iqamə arasında müəyyən bir vaxtı hədd olaraq qoyurdumu? (Şeyx Useymin)

Sual: Peyğəmbər (s.ə.s) azanla iqamə arasında müəyyən bir vaxtı hədd olaraq qoyurdumu?

Cavab: Peyğəmbər (s.ə.s) İşa namazından başqa bütün namazları ilk vaxtında qılırdı. İşa namazında camaatın gəlməyini gözləyirdi. Əgər insanlar yığışmışdısa onda namazı tez qılırdı. Əgər insanlar gec gəlmişdisə, namazı gecikdirərdi. (Buxari, Kitabul Məvakiit)
      Bəzən müəzzinin ona namazın girdiyini xəbər verincəyə qədər evində olurdu. Bəzən də ona bildirilmədən özü çıxırdı.
      Sünnə budur ki, İşa namazından və şiddətli istidə Zöhr namazından başqa bütün namazlar tez qılınsın. Ancaq Sübh və Zöhr namazları kimi nafilə namazları olan namazlarda isə insanların dəstəmaz alması və fərz namazından əvvəl bu sünnə namazları qılmaları üçün onlara imkan etmək olar.

Şeyx Useymin
Copyright.SelefEqidesi.com, 2006