Adəm (ə.s) elçi olub, yoxsa peyğəmbər? (Şeyx Useymin)

Sual: Adəm (ə.s) elçi olub, yoxsa peyğəmbər?

Cavab: Adəm (ə.s) elçi olmayıb, peyğəmbər olub. Necə ki, İbn Hibbanın Səhih əsərində çıxardığı bir hədisdə Peyğəmbər (s.ə.s)-dən «Adəm (ə.s) peyğəmbər idi mi?» -deyə soruşuldu. O da «Bəli danışan peyğəmnər idi» deyə cavab verdi. O elçi, rəsul deyil. Buna dəlil Allahın aşağıdakı sözüdür: «İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi» (əl Bəqərə surəsi, 213) Və Peyğəmbər (s.ə.s) şəfaət hədisində belə buyurur : «İnsanlar Nuh (ə.s)-ın yanına gedib deyəcəklər: Sən Allahın yer əhlinə göndərdiyi ən birinci rəsulsan» Bu açıq aydın dəlildir ki, ən birinci elçi Nuh (ə.s) olub

Şeyx Useymin
Copyright.SelefEqidesi.com, 2006