Ölünün qəbrində sual cavab olunması həqiqidirmi? (Şeyx Useymin)

Sual: Ölünün qəbrində sual cavab olunması həqiqidirmi? Və həqiqətdirmi ki, o qəbrində oturub sorğu sual olunacaq? Və əgər deyilsə ki «axı ölü qəbrə qoyulduqda qəbr daralır, o necə oturacaq?» nə cavab vermək lazımdır?

Cavab: Birincisi: Qeybi məsələlərdə möminin üzərinə düşən vacib qəbul edib təsdiq etməkdir. «Necə» sualını, «Niyə» sualını verməməlidir. Çünki bu suallar ancaq şəkkə düşdükdə verilir. Ancaq iman gətirib, sinəsi Allah və Rəsulunun xəbərlərinə açılan insan isə təslim olub «Allah onun keyfiyyətini ən yaxşı bilir» deməlidir.
     

Şeyx Useymin
Copyright.SelefEqidesi.com, 2006