![]() |
![]() |
|
|
Əbu Hureyrə (r.a) haqqında? (İbn Teymiyyə) Sual: İbn Teymiyyədən soruşuldu: "Musarrat" (heyvanın bol süd verdiyini göstəmək üçün onu bir müddət sağmamaq və bu halı ilə satmaq) barəsində iki nəfər bir-biri ilə mübahisə edirlər. Onlardan biri "bu vəziyyətdə heyvanı almaq istəyən müştəri heyvanı geri qaytara bilər" deyir və Əbu Hureyrə (r.a)-dan gələn hədisi bunun caiz olmasına dəlil olaraq gətirir. Onun mübahisə etdiyi adam isə ona qarşı belə deyir: "Əbu Hureyrə elmli səhabələrdən deyildi. Hətta Ömər (r.a) onun çox hədis rəvayət etdiyini yaxşı qarşılamamış, ona hədis rəvayət etməyi qadağan etmiş və ona "bir də rəvayət etməli olsan, belə-belə edərəm" demişdir. İbn Abbas və Aişə (r.a) –da, bəzi rəvayətlərini rədd etmişlər. Bu adamın söylədiyi doğrudurmu? Əbu Hureyrə (r.a) haqqında bu cür sözlər söyləyənə nə demək lazımdır? Cavab: Həmd Allaha məxsusdur. Bu etiraz bir neçə yöndən xətalıdır 1) Əbu Hureyrə (r.a)-nun səhabələrin elmlilərindən olmaması yanlış fikirdir. Çünki Ömər ibn əl Xattab (r.a) Əbu Hureyrə (r.a)-nu, xalqı müsəlmanların ən yaxşılarından olan və elçiləri Əbdul Qeys elçiləri olaraq tanınan, Peyğəmbər (s.ə.s)-ə hicrət edən Bəhreynə vali təyin etmişdi Əbu Hureyrə (r.a) onların əmiri idi və fikhin ən incə məsələlərindən onlara fətva verirdi. Üç talaqdan az sayda talaqla boşanmış olub bir nəfərə ərə gedən və sonda ilk həyat yoldaşına geri dönən bir qadının bu əri ilə yenidən üç talaqa sahib olub olmayacağı barədə olan məsələ buna misaldır. Ona iki talaq verən əri yenidən üç talaqa sahib olacaqmı? İbn Abbas və ibn Ömər (r.a) rəyləri bu cürdür. Əbu Hənifə (rahimahullah)-ın da rəyi belədir. Əlavə olara Ömər (r.a)-dan gələn bir rəvayət də bu şəkildədir. Çünki başqasına ərə gedməsi üç talaqı ortadan qaldırır. Yoxsa ilk ərin üç talaqı davam edəcəkmi? Səhabələrin böyüklərindən olan Ömər (r.a) və başqalarının rəyləri, imam Malik və Şafinin rəyləri bu cürdür. Çünki ikinci həyat yoldaşı, ancaq üç talaqla baş verən haramlığı ortadan qaldırır. Üç talaqdan az boşanmış qadın, hələ öz ərinə haram olmuş bir vəziyyətə düşməmişdir. Başqa birisi ilə evlənməsi, ilk həyat yoldaşın üç talaqdan az boşanmaları hökmünü qaldırmaz. Əbu Hureyrə (r.a) bu rəylə fətva vermişdi. Daha sonra bunu Ömər (r.a)-ya bildirmiş, Ömər (r.a) bunu qəbul etmişdi. Hətta : "başqa bir fətva versəydin, səni incidəcək şəkildə döyərdim" – demişdi Göründüyü kimi Əbu Hureyrə (r.a) İbn Abbas kimi səhabələrin böyük alimləri ilə birlikdə fiqhin bu cür incə məsələlərində fətva vermişdir. Nəql edilən fətvaları, onun bu gücünü ortaya qoyur. Necə ki, Ömər (r.a) və Əli (r.a)-nun İmran ibn Hüseyn ilə Əbu Musa əl Əşaridən elmli olmaları, digərlərini elmli olmaqdan çıxarmır, eləcə də Muaz, ibn Məsud və s. kimilərin Əbu Hureyrə, Abdullah ibn Ömər və başqalarından daha emli olmaları da, onları elmli olmaqdan çıxarmır 2) Bu etiraz edən adama demək lazımdır ki: Ümmətin bütün alimləri Əbu Hureyrə (r.a)-nun rəvayət etdiyi qiyas və zahirə müxalf hədislərlə əməl etmişlər. Necə ki, Əbu Hənifə, Şafii, Əhməd ibn Hənbəl və başqaları onun nəql etdiyi "Unudaraq yeyib içən orucunu tamamlasın. Çünki onu yedirdib içirdən anca Allahdır" (Buxari, İman 15; Tirmizi, Saum 26) hədisi ilə əməl etmişlər. Əslində Əbu Hənifə (rahimahullah)-ın qiyasına görə, belə bir adamın orucu pozulmuş olur. Amma Əbu Hənifə, Əbu Hureyrə (r.a) –nun bu hədisinə görə burada qiyası tərk etmişdir. Bunun bənzəri misallar olduqca çoxdur. Yenə Malik, Şafii və Əhməd ibn Hənbəl, itin yaladığı qabın yeddi dəfə yuyulması lazım olduğunu bildirən Əbu Hureyrə (r.a) –nun hədisi ilə əməl etmişlər. İmam Malikin qiyasına görə qab təmiz olduğundan yuyulması lazım deyil. Əksində, müctəhid imamlar, Əbu Hureyrə (r.a) –nun hədislərindən aşağı hədislərə görə bir qiyası tərk edirdilər. Necə ki, Əbu Hənifə (rahimahullah) səhabədən kimin rəvayət etdiyi bilinməyən namazda qəhqəhə ilə gülməklə əlaqəli mürsəl bir hədisə görə qiyası tərk etmişdi. Əbu Hureyrə (r.a) –nun hədisləri, ümmərin ittifaqı ilə belə bir hədisdən daha qüvvətlidir. 3) Etiraz edən adama belə demək lazımdır: Mühəddis, eşitdiyi hədisin ləfzlərini yadında saxlayanda, fiqhçi olmaması ona zərər verməz. Quran kəlimələrini, təşəhhüd, azan və bənzəri şeyləri əzbərləyən kimi. Necə ki, Rəsulallah (s.ə.s) belə buyurmuşdur: "Bir hədisi eşidib, onu eşidməyən insana çatdıran insanın Allah üzünü ağartsın. Çünki neçə fikh (elm) daşıyan vardır ki, fikçi (alim) deyil. Və necə elm daşıyıcısı, onu özündən daha elmli olana çatdırır" (Əbu Davud, Elm 10) Hədis, daha elmli birisinin, elmdən ondan daha aşağı olan bir nəfərdən ala biləcəyini açıq-aydın ifadə etməkdədir. Məna ilə rəvayət eyni anda olduğu zaman, rəvayətçinin elmli olması mütləq olaraq lazım deyil. Çünki elmli olmayanın bilmədən hədisi yanlış anlamış ola biləcəyindən qorxulur Əbu Hureyrə (r.a) isə, ümmətin ən yaxşı əzbərləyənlərindəndir. Peyğəmbər (s.ə.s) ona "hifz – əzbər" barəsində dua etmişdir və özü də : Rəsulallah (s.ə.s)-in bu duasından sonra eşitdiyim heç bir şeyi unutmadım. Bu səbəblə o "Musarrat" hədisil ilə başqalarını ləfzləri ilə rəvayət etmişdir. 4) Ömər (r.a), oğlu Abdullah, İbn Abbas, Aişə və s. kimi səhabənin hamsı Əbu Hureyrə (r.a)-nun hədisini alırdılar. Hədis kitablarını incələyən bunu bilir. 5) Səhabələrdən heç kimsə, Əbu Hureyrə (r.a)-nun nəql etdiyi bir hədisə tən etməmiş, "burada xəta etmişdir" şəklində bir şey söyləməmişdir. Nə Ömər (r.a) nə də bir başqası belə bir iddia eləməmişdir. Əksinə bir dəfə Əbu Hureyrə (r.a), Aişənin otağının olduğu yerə gəlmiş və "ey otaqdakı, nəql etdiyim barəsində bir deyəcəklərin varmı?" demişdir. Aişə (r.a), namazını bitirdikdən sonra, rəvayət etidikləri barəsində deyəcəyi heç bir şeyin olmadığını bildirmişdir və belə demişdir: "Ancaq Rəsulallah (s.ə.s) sizin kimi sözü ard-arda sıralamazdı, sözü o qədər dənə-dənə deyərdi ki, adam kəlimələrini saymağa başlasaydı, onları sayar və əzbərlərdi" Aişə (r.a)-nun bu sözündən də anlaşıldığı kimi rəvayət edilənlərə deyil, rəvayət üslubuna qarşı çıxırdı. Eyni şəkildə ibn Ömər də : Əbu Hureyrə (r.a)-nun nəql etdiyi hədisləri rədd etmək kimi bir fikrinin olub olmadığı soruşulmuş, o da : Xeyir, amma özü o qədər rəvayət nəql etdi ki, bizə rəvayət etməyə bir şey qoymadı – demişdir. Əbu Hureyrə (r.a) da : onlar unudmuş, mən əzbərləmişəm, mənim nə günahım var –demişdi. Əbu Hureyrə (r.a)-nun rəvayətləri çox görsənir və bəziləri də "Əbu Hureyrə (r.a) çox rəvayət etdi" deyirlər. Bu barədə Əbu Hureyrə (r.a) belə deyir: "Əbu Hureyrə çox rəvayət etdi deyirlər. Hamımız Allahın yanına gedəcəyik. Mühacir qardaşlarım bazarlarda ticarətlə məşğul idilər. Ənsar qardaşlarım da iş-güc ilə məşğul idilər. Mən isə, kasıbın biri idim və hər zaman Rəsulallah (s.ə.s) ilə birlikdə idim. Onlar olmayanda mən onun yanında idim. Onların unutduqlarını mən əzbərləyirdim. Bir dəfə Rəsulallah (s.ə.s) bizimlə söhbət etdi. Sonra : "Kim paltarını çıxardıb sərəcək?" dedi. Mən çıxardıb sərdim. Rəsulallah (s.ə.s) mənim üçün dua etdi və ondan sonra Rəsulallah (s.ə.s)-dən nə eşitdimsə, heç unudmadım" (Muslim, fədailusSahabə, 159-160) Əlavə olaraq gecəni üç hissəyə böldüyü, üçdəbirini namaz qılmağa, birini hədisləri təkrar etməyə, birini də yatmağa ayırdığı rəvayət edilir. Beləcə o, hədisləri əzbərləməsi Rəsulallah (s.ə.s) ilə bərabərliyinə, başqa şeylərlə məşğul olmamasına və Rəsulallah (s.ə.s)-in ona dua etməsinə bağlamaqdadır. Ömər ibn əl Xattab (r.a) da Əbu Hureyrə (r.a)-dan hədis alır, Rəsulallah (s.ə.s)-dən eşitdikləri barəsində ondan soruşardı. Hədis rəvayət etmə barəsində onu qınamamışdı. Əslnidə Ömər (r.a) rəvayətdə ehtiyatlı olmağı sevər və beləliklə insanların cürətkar davranaraq hədislərə əlavələr etməmələrinin qarşısını almağa çalışardı. 6) Səhabələr, fiqhi məsələlərdə Əbu Hureyrə (r.a) –dan daha az tanınmış kimsələrə də müraciət edirdilər. Məsələn Ömər (r.a) Haml ibn Malik və başqalarından, Osman (r.a) "əri ölən qadının ərinin evində nə qədər gözləməsi lazım olduğu" barəsində Faria bintu Malikə müraciət etmişdi. Bu kimi misallar çoxdur. Əbu Hureyrə (r.a) haqqında haqqı danışan Şeyxulislam İbn Teymiyyə sonra sualda gələn hədis barəsində bəzi izahlar verir. Ancaq bizim məqsədimiz oxucuya Əbu Hureyrə (r.a) haqqında səhih məlumat çatdırmaq idi. Ona görə məqaləyə burada son veririk. Allah bizim elmimizi artırsın və bizi bütün insanlara, xüsusilə səhabələrə qarşı pis zənnlərdən qorusun. Amin İbn Teymiyyə İbn Teymiyyə Külliyyatı 4/424 |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |